Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Qəzza zolağında Fələstinin "HƏMAS" qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı bir əsgərin öldüyünü təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, "Qolani" Briqadasının kəşfiyyat bölməsinin komanda rəhbəri, 21 yaşlı kapitan Rey Biran Qəzza zolağının cənubundakı Xan Yunisdə baş verən partlayışda həlak olub. Bildirilib ki, bu məlumatları nəzərə alaraq, Yaxın Şərq münaqişəsinin yeni mərhələsində həlak olan İsrail əsgərlərinin sayı artıq 890-a çatıb.