Bakı. Trend:
2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarına start verən “Sumqayıt” komandası ilk futbolçu keçidini reallaşdırıb.
Klubun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, portuqaliyalı oyunçu Pedro Pinto ilə 1+1 illik müqavilə imzalanıb. 30 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində “14” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son klubu Anqolanın “Petro Luanda” olan Pedro Pinto karyerası ərzində ölkəsində “Vitoria Setubal”, “Arouka” kimi komandaların da şərəfini qoruyub.