Bakı. Trend:
ABŞ-nin "Apple" korporasiyası 2026-cı ilin birinci yarısında bir neçə yeni məhsul təqdim etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən xəbər verib.
Məlumata əsasən, 2026-cı ilin yazına qədər tam olaraq buraxılışı gözlənilən sıraya yeni planşet qurğuları, həmçinin "iPhone" 17e və yeni "Macbook Pro" modeli, eləcə də əvvəlki cihaz seriyalarının bir neçə digər yenilənmiş versiyaları daxildir.
Bildirilib ki, iPhone 17e smartfonu ondan əvvəlki modeli ilə eyni görünüş və hissə sahib olacaq, lakin iPhone 17 seriyasına aid olan digər cihazlar kimi A19 prosessoruna sahib olacaq.