Bakı. Trend:
Biz ukraynalı uşaqlarının reabilitasiyası məqsədilə Azərbaycana gətirilməsinə görə minnətdarlığımızı bildiririk.
Trend xəbər verir ki, bunu bu gün Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Andrey Onişenko jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, uşaqların sağlamlığının yaxşılaşdırılması və reabilitasiyasının aparılması imkanlarına görə Azərbaycan Respublikasına çox minnətdarıq:
"Artıq 300-dən çox uşaq Azərbaycana səfər edib. Uşaqlar özlərini xoşbəxt hiss edirlər. Bu, Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın əsas elementidir".
Qeyd edək ki, ötən dövrdə ümumilikdə 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.