...

Yəmənli silahlılar İsrail aeroportuna zərbələr endirib

Dünya xəbərləri Materials 10 İyul 2025 12:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin “Ənsar-Allah” hərəkatına aid husi silahlılar Təl-Əvivin Ben-Qurion beynəlxalq hava limanına raket zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə husi silahlı birləşmələrinin sözçüsü Yəhya Saria açıqlama verib.

“Yəmənin raket qoşunları keyfiyyətli bir hərbi əməliyyat keçirərək, zəbt olunmuş Yaffo rayonunda yerləşən Ben-Qurion aeroportuna “Zülfiqar” ballistik raketləri ilə hücum edib. Əməliyyatda qarşıya qoyulan məqsədlərə nail olunub”, - deyə hərəkatın sözçüsü “Al-Mariah” telekanalına bildirib.

Bundan əvvəl Saria Yəmən sularında İsrail limanına üzən “Eternity C” gəmisini batırdıqlarını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti