Bakı. Trend:
Kimsə həyəcanlanırsa, biz ona ikinci şans vermirik ki, ikinci dəfə bir də həyəcanlanmasın.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
"Biz uşaq bağçası idarə etmirik. Biz müəllimlərlə işləyirik və çalışırıq ki, nəticələr yaxşı olsun.
İmtahan zamanı hər şeyi müşahidə edə bilirik ki, müəllim hansı suala baxır, nə işlə məşğuldu, hansı sualda hansı cavabı seçdi və neçə dəqiqə baxdı. Biz bunların hamısını bilirik. 1-2 ədəd çətin suallar ola bilər. "- deyə nazir əlavə edib.