Bakı. Trend:
Şəmkir şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 1200 m² olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları 30 m² sahədə və 2-ci mərtəbədə bitişik iki mənzilin eyvanlarının dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Yüksək temperaturdan hər iki mənzilin eyvanının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib.
Dam örtüyünün və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.