Bakı. Trend:
İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturugecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.