Şuşa. Trend:
Qarabağ inanılmaz dərəcədə gözəldir. Onun dağların zirvəzində yerləşməsi heyranedicidir, qalanın bərpası və ətraf ərazilərin görünüşü məndə dərin təəssürat yaratdı.
Trend xəbər verir ki, bunu filippinli səyyah Rey Dominqo Tanatan Şuşa şəhərinə səfəri çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
“Meydanı da bərpa edə bilmələri möhtəşəmdir. Bu yer, həqiqədən, çox gözəldir”, - deyə o bildirib.
Qeyd edək ki, Beynəlxalq Səyyahlar Klubu (MTP) tərkibində 30 nəfərlik nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhərinə gəlib. Üç gün ərzində 15 ölkədən olan səyyahlardan ibarət qrup aşağıdakı marşrut üzrə hərəkət etməyi planlaşdırır: Füzuli — Xocavənd — Şuşa — Xankəndi — Xocalı — Ağdam — Kəlbəcər — Laçın — Zəngilan — Cəbrayıl.
Səfərin məqsədi azad edilmiş ərazilərlə tanış olmaq, həmçinin “qara turizm” (dark tourism) çərçivəsində aparılan genişmiqyaslı bərpa işlərini nümayiş etdirməkdir. Qeyd edək ki, son dörd il ərzində Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən iri turizm klublarının xətti ilə beynəlxalq səyyahlar 13 dəfə ziyarət ediblər.