Bakı.Trend:
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tədbir zamanı 32 yaşlı Rahib Ələkbərli və əvvəllər məhkum olunmuş 29 yaşlı Samir Xeyrullayev saxlanılıblar. Onlardan ümumilikdə 21 kiloqram 735 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları
tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik
vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı
planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Rahib Ələkbərli və Samir Xeyrullayevin daxil olduqları
narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə
cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.