...

Britaniya və Fransa qanunsuz miqrantları geri qaytarmaq üçün sınaq sxemi işə salacaqlar

Dünya xəbərləri Materials 10 İyul 2025 23:48 (UTC +04:00)

Bakı. Trend:

London və Paris hava ilə doldurulan qayıqlarla La Manş boğazını keçən qeyri-qanuni miqrantların Böyük Britaniyaya qaytarılması üçün sınaq sxemi işə salacaqlar.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer London yaxınlığındakı Nortvud bazasında Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.

Məlumata əsasən, layihə Fransaya qayıdan hər qeyri-qanuni miqrant üçün Böyük Britaniya qonşu ölkənin ərazisindən bir miqrant qəbul edəcək, lakin bu qanuni əsaslarla baş tutacaq.

"Hər çıxarılma müqabilində başqa bir şəxs bura təhlükəsiz, nəzarət edilən və qanuni marşrutla, ciddi təhlükəsizlik yoxlamalarından keçməklə və yalnız Böyük Britaniyaya qanunsuz daxil olmağa cəhd etmədiyi halda gələ biləcək", - deyə K.Starmer bildirib.

O bildirib ki, sxem "gələcək həftələrdə" işə düşməlidir.

Xəbər lenti

Xəbər lenti