Bakı. Trend:
4 milyondan çox ukrynalı öz yaşadıqları yerlərə geri dönüb, onlardan bir milyondan çoxu ölkə xaricindən gəlib.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında deyilir.
“Milyonlarla insan Ukraynaya qayıdır. BMT-nin məlumatına görə, 4 milyondan çox insan öz icmalarına qayıdıb, 1 milyondan çoxu ölkə xaricindən gəlib”, - mətndə qeyd olunur.
Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Popunun sözlərinə görə, rəhbəri olduğu agentlik ölkə xaricində yaşayan ukraynalı qaçqınların öz evlərinə qayıtmaq imkanı əldə etməsinə yardımçı olmaq niyyətindədir.
Agentliyin məlumatına görə, hazırda 4 milyona yaxın ukraynalı məcburi köçkün var, 5 milyonu isə Avropanın müxtəlif ölkələrində qaçqın olaraq yaşayır.