...

ABŞ Azərbaycan və Ermənistanın sülh istiqamətində səylərini dəstəkləyir - Dövlət Departamenti

Siyasət Materials 10 İyul 2025 23:21 (UTC +04:00)
ABŞ Azərbaycan və Ermənistanın sülh istiqamətində səylərini dəstəkləyir - Dövlət Departamenti
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycan və Ermənistanın sülh prosesinin irəliləməsini istiqamətində davam edən səylərini dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus mətbuat konfransında bildirib.

"Biz Cənubi Qafqazda sülh və sabitliyin təşviqi istiqamətində səyləri dəstəkləyirik", - deyə o, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə baş tutan görüşlə bağlı sualı cavablandırarkən bildirib.

O, əlavə edib ki, Vaşinqton KİV-lərdə dərc olunan müvafiq xəbərlərini izləyir: “Hazırda bizim paylaşacaq əlavə məlumatımız yoxdur”.

Temmi Bryus indiki Amerika administrasiyasının mövqeyini də qeyd edib.

"Bildiyiniz kimi, prezident Tramp və dövlət katibi Rubionun yanaşması öz sözünü deyir. Prezidentin Nazirlər Kabinetinin bu yaxınlarda keçirilən iclasında söylədiyi fikirlər aydın oldu: Bu administrasiya sülhə sadiqdir", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti