...

Sənaye istehsalı 2 faizə yaxın azalıb

İqtisadiyyat Materials 10 İyul 2025 13:31 (UTC +04:00)
Sənaye istehsalı 2 faizə yaxın azalıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 31,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,3 faiz artıb.

Sənaye məhsulunun 61,8 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 95,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 29,7 faiz, qida məhsullarının istehsalı 12,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 6,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,4 faiz, maşın və avadanlıqların istehsalı 3,5 faiz, içkilərin istehsalı 2,4 faiz artıb, elektrik avadanlıqlarının istehsalı 0,7 faiz, neft məhsullarının istehsalı 1,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3 faiz, mebel istehsalı 3,1 faiz, hazır metal məmulatlarının istehsalı 3,6 faiz, tikinti materiallarının istehsalı 5,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 9,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 15,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,8 faiz, kağız və karton istehsalı 23,2 faiz, poliqrafiya məhsullarının istehsalı 27,1 faiz, geyim istehsalı isə 41,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,8 faiz artıb.

Xəbər lenti

Xəbər lenti