...

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

Dünya xəbərləri Materials 10 İyul 2025 09:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə İstanbul Təhlükəsizlik İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməliyyat qrupu səhər saatlarında Şilə Bələdiyyəsində əməliyyat keçirib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Əməliyyatın gedişində Şilə (İstanbul vilayətinin şəhəri - red.) bələdiyyə sədri Özgür Kabadayı və bələdiyyənin bəzi əməkdaşlarının saxlanıldığı bildirilib. Polis əməkdaşlarının Şilə bələdiyyə başçısı Özgür Kabadayının evində axtarış apardığı qeyd olunub.

O, 1979-cu ildə İstanbulun Şilə rayonunda anadan olub. Orta təhsilini Şilədə almış Özgür Kabadayı hazırda Anadolu Universitetinin İqtisadiyyat Fakültəsində ali təhsilini davam etdirir. Kabadayı Şilədə yaşayır, evlidir və iki övladı var. Onun CHP üzvü olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti