...

ABŞ-nin Ukraynaya silah tədarükü razılaşdırılmış cədvələ uyğun davam edir - Rubio

Dünya xəbərləri Materials 10 İyul 2025 21:56 (UTC +04:00)
ABŞ-nin Ukraynaya silah tədarükü razılaşdırılmış cədvələ uyğun davam edir - Rubio

Bakı. Trend:

ABŞ silahlarının Ukraynaya çatdırılması ümumilikdə Vaşinqton administrasiyası ilə ABŞ Konqresi arasında razılaşdırılmış cədvələ uyğun olaraq davam edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri vəzifəsini icra edən Marko Rubio deyib.

"Ümumilikdə, Ukraynaya yardım Konqresin təsdiq etdiyi qrafik üzrə davam edir", - deyə o, Kuala-Lumpurda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ikitərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Vaşinqtonun Kiyevə hərbi tədarükündəki son fasiləni şərh edərkən deyib.

“O əlavə edib ki, ABŞ-nin Ukraynaya hərbi yardımının böyük əksəriyyəti heç vaxt dayandırılmayıb, o əvvəlki cədvəllər üzrə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti