...

Husilər İsrailə doğru üzən gəmini batırıb

Dünya xəbərləri Materials 10 İyul 2025 09:55 (UTC +04:00)
Husilər İsrailə doğru üzən gəmini batırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəməndə “Ənsar-Allah” hərəkatına aid husi döyüşçüləri İsrailin Eliat limanı istiqamətində hərəkət edən “Eternity C” gəmisini avtonom qayıq və ballistik raketlə vuraraq batırıb.

Trend xəbər verir ki, bu barədə husilərin rəsmi nümayəndəsi Yəhya Sari mətbuata açıqlama verib.

O, “Eternity C” gəmisinin və onun mənsub olduğu şirkətin İsrailə qarşı tətbiq olunan dəniz blokadasını pozduğu və buna görə hədəf seçildiyini açıqlayıb.

Məlumatda gəmidəki 25 heyət üzvündən yalnız 6 nəfərin xilas edildiyi bildirilib.

Qeyd edək ki, husilər 7 iyul tarixində də başqa bir gəmini batırdıqlarını açıqlamışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti