Bakı. Trend:
Vaxtilə kolleclərdə aparılan müəllim hazırlığının mənfi nəticələrini indi hiss edirik.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, müəllimlərin sertifikasiya imtahanlarının nəticələri göstərir ki, vaxtilə kolleclərdə təhsil almış müəllimlərin nəticələri zəifdir.
“Bu səbəbdən kolleclərdə müəllim hazırlığı dayandırılıb. Lakin onu da qeyd etməliyik ki, kollec məzunları arasında yüksək nəticə göstərən müəllimlər də var. Onlar illər ərzində öz üzərində çalışan və peşəkarlığını artıran şəxslərdir”, – deyə nazir vurğulayıb.