Bakı. Trend:
Argentina millisi və ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messi yeni rekorda imza atıb.
Trend xəbər verir ki, “Nyu İnqlend Revoluşın” ilə matçda dubl edən 38 yaşlı hücumçu MLS tarixində ardıcıl 4 oyunda iki qol vuran ilk oyunçu olub.
Qarşılaşma “İnter Mayami”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.