...

Azərbaycanda əhali hər gün orta hesabla 10 milyon manatlıq yanacaq alır

İqtisadiyyat Materials 10 İyul 2025 15:15 (UTC +04:00)
Azərbaycanda əhali hər gün orta hesabla 10 milyon manatlıq yanacaq alır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,834 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 276 milyon 17,2% çoxdur. Belə ki, 2024-cü ilin eyni dövründə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,558 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılmışdı.

Orta hesabla hər ay Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar avtomobil benzini və dizel yanacağına 305,6 milyon manat, hər gün isə orta hesabla 10,131 milyon manat xərcləyir.

Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 6,2% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,642 milyard manatlıq, o cümlədən 16,262 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,380 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti