Bakı. Trend:
Gələn ilin ortalarından etibarən Ukrayna vətəndaşları öz smartfon və mobil cihazlarından İlon Maskın “Starlink” peyk internetinə birbaşa qoşula biləcək.
Trend bu barədə Euronews telekanalına istinadən xəbər verir.
Pilot layihəni “Kyivstar” mobil rabitə şirkəti həyata keçirəcək. Ukrayna operatoru telefonla birbaşa peykdən internetə çıxış üzrə sınaq aparan ilk Avropa şirkəti olduğunu iddia edir.
Sınaqlar “SpaceX” şirkəti ilə birgə həyata keçirilib. Sınaq zamanı 4G və ya LTE dəstəkli mobil telefonlardan orbitdə olan peykə birbaşa qoşulmaq və mətn mesajları göndərib qəbul etmək mümkün olub.
Qeyd edək ki, “Starlink”- “Kyivstar” tərəfdaşlığı Ukraynalılara xüsusən də mobil rabitə ilə əhatə olunmayan dağlıq və kənd əraziləri kimi “ağ zonalar” adlandırılan bölgələrdə internetə çıxış imkanı verəcək!