...

NASA-da kütləvi istefa: 2 145 yüksək vəzifəli əməkdaş agentliyi tərk edir

İdman Materials 10 İyul 2025 06:59 (UTC +04:00)
NASA-da kütləvi istefa: 2 145 yüksək vəzifəli əməkdaş agentliyi tərk edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) yaxın vaxtlarda böyük kadr itkisi ilə üzləşəcək – yüksək vəzifə tutan 2 145 əməkdaş agentliyi tərk etməyə hazırlaşır.

Trend-in Politico nəşrinə istinadla verdiyi məlumata görə, bu barədə nəşrin sərəncamında olan daxili sənədlərdə qeyd olunur.

Bildirilir ki, istefa verəcək əməkdaşların əksəriyyəti dövlət xidmətində rəhbər status sayılan GS-13 – GS-15 dərəcəli vəzifələrdə çalışırlar. Onların agentliyin işçi sayını azaltmaq siyasətindən və qeyri-müəyyən gələcəkdən narazı olduqları vurğulanır.

Qeyd olunur ki, bu ixtisarlar NASA üçün həssas və çətin bir dövrə təsadüf edir. Prezident Donald Trampın administrasiyası dövründə kosmik agentlik 18 000 nəfərlik heyətlə, onlarla elmi proqramın ləğvi, büdcənin azaldılması və layihələrin ixtisar olunması kimi ciddi problemlərlə üzləşib.

Ekspertlər bu gedişatın ABŞ-nin kosmik araşdırmalar sahəsindəki lider mövqeyinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.

Xəbər lenti

Xəbər lenti