Bakı. Trend:
Qrafik prosessorlar sahəsində ixtisaslaşan "Nvidia" şirkətinin bazar dəyəri ilk dəfə olaraq 4 trilyon dolları keçib.
Trend-in məlumatına görə, bu, ticarət əməliyyatlarının nəticələrində əks olunub.
Bildirilib ki, şirkət tarixində ilk dəfə belə yüksək kapitallaşmaya nail olub. Bakı vaxtı ilə saat 17:48-ə olan məlumata əsasən, "Nvidia"nın səhmlərinin qiyməti 2.53% artaraq hər bir qiymətli kağız üçün 164 dollara çatıb.