Bakı. Trend:
ABŞ hökuməti İran neftinin ticarəti ilə məşğul olan şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.
Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, İran neftinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maraqlarına xidmət edən satışını asanlaşdırdıqlarına görə Honkonq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyədə fəaliyyət göstərən 22 hüquqi şəxs sanksiya siyahısına daxil edilib.
OFAC-ın məlumatına əsasən, SEPAH İran neftinin satışından əldə olunan yüzmilyonlarla dollar gəlirin yönləndirilməsi üçün xarici ofşor hesablardan və yardımçı şirkətlərdən istifadə edir. Yeni sanksiyalar həmin maliyyə şəbəkəsinin fəaliyyətinə mane olmağa yönəlib.