Bakı. Trend:
Bitkoinin qiyməti tarixi maksimumunu yeniləyərək 112 min dollar həddini keçib.
Trend xəbər verir ki, bu göstərici "Coinbase" platformasının məlumatlarında əksini tapıb. Bakı vaxtı ilə çərşənbə günü saat 23:55-ə olan məlumata əsasən, bitkoinin qiyməti 112 055 dollar olub ki, bu da əvvəlki göstəricidən 3,04% çoxdur.
Digər iri platforma olan "Binance"də isə kriptovalyutanın maksimum qiyməti 111 999,79 dollar olaraq qeydə alınıb.
Saat 00:00-a olan vəziyyətə görə, "Coinbase" platformasında bitkoinin dəyəri bir qədər zəifləyərək 111 800 dollar səviyyəsində (+2,8%) qərarlaşıb.
Kriptovalyuta bazarında bu artım investor marağının və bazar güvəninin artması ilə izah olunur.