...

Azad edilmiş ərazilərdə təxminən 10-dan artıq məktəb açılacaq - Nazir

Cəmiyyət Materials 10 İyul 2025 11:57 (UTC +04:00)
Azad edilmiş ərazilərdə təxminən 10-dan artıq məktəb açılacaq - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin açılması nəzərdə tutulur.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı Trend-in sualına cavab olaraq deyib.

O bildirib ki, ən azından 10-a yaxın məktəbin açılması gözlənilir.

"Xankəndində 2-ci bir məktəbin də açılması, həmçinin, Ağdam, Zəngilan və digər yerlərdə yeni məktəblərin açılması gözlənilir. Bundan sonra da bu proses sürətlə davam edəcək", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti