...

Tramp Afrika liderlərini ABŞ silahlarını almağa çağırıb

Dünya xəbərləri Materials 10 İyul 2025 02:09 (UTC +04:00)
Tramp Afrika liderlərini ABŞ silahlarını almağa çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bir neçə Afrika ölkəsinin liderləri ilə görüş zamanı onları Amerika istehsalı olan silahları daha fəal şəkildə almağa çağırıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal nümayəndələri ilə keçirilən danışıqlarda Tramp Afrika qitəsinin böyük sərvət və potensiala malik olduğunu vurğulayıb.

“Ölkələriniz çox canlıdır, qiymətli torpaqlara, zəngin mineral ehtiyatlarına, neftə və gözəl insanlara sahibdir”, – deyə ABŞ Prezidenti bildirib.

O əlavə edib ki, belə imkanlar fonunda Afrika dövlətləri müdafiə sektoruna daha çox investisiya yatırmalı və bu prosesdə ABŞ silahlarının alınmasına da üstünlük verməlidirlər.

Xəbər lenti

Xəbər lenti