Bakı. Trend:
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına bu gün yekun vurulub.
Trend xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub. “Qarabağ”ın potensial rəqibləri də məhz bu gün meydana çıxıblar.
İrlandiyada keçirilən “Şelburn” – “Linfild” matçında oyunun taleyini bir qol həll edib. Meydan sahibləri fasilədən sonra vurduqları qolla minimal hesabla qalib gəliblər – 1:0.
Digər qarşılaşmada Bolqarıstanın “Ludoqorets” klubu evdə Bosniya və Herseqovinanın “Dinamo” (Tbilisi) komandasını 1:0 hesabı ilə məğlub edərək cavab oyunu öncəsi kiçik üstünlük qazanıb.
20:00. “Jalgiris” (Litva) – “Hamrun Spartans” (Malta) - 2:0
21:30. FCSB (Rumıniya) – “İnter” (Andorra) - 3:1
21:30. “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) -
1:0
22:45. “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) -
1:0
Qeyd edək ki, mərhələnin cavab oyunları iyulun 15-16-da keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” isə II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.