Bakı.Trend:
ABŞ hava limanlarında sərhəd yoxlanışından keçən zaman sərnişinlərin daha ayaqqabıları çıxarması lazım gəlməyəcək. Belə bir tələb ABŞ-də 20 ilə yaxın qüvvədə olub.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, qayda ABŞ-nin Nəqliyyat Təhlükəsizliyi İdarəsi tərəfindən ləğv edilib. Bu ilk növbədə yoxlanış texnologiyalarının müasirləşdirilməsi ilə əlaqədardır. Belə ki, yeni texnologiya təhlükəsizlik xidməti əməkdaşlarına ayaqqabıda ola biləcək şübhəli əşyaları onu çıxarmadan aşkarlamasına imkan verir.
ABŞ-nin Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib ki, nazirlik bu siyasəti ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik İdarəsi tərəfindən tətbiq olunan “çoxpilləli təhlükəsizlik sistemi” sayəsində ləğv edə bilib.