...

“Roma”nın futbolçusu İstanbul klubunda

İdman Materials 9 İyul 2025 19:48 (UTC +04:00)
“Roma”nın futbolçusu İstanbul klubunda

Bakı. Trend:

Türkiyənin “Başakşəhər” komandası “Roma”nın futbolçusu Eldor Şomurodovu icarəyə götürüb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, özbəkistanlı hücumçu qarşıdakı bir il ərzində İstanbul təmsilçisinin formasını geyinəcək.

Bu keçid üçün İtaliya klubuna 3 milyon avro ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti