...

Azərbaycandan Almaniyaya pul köçürmələri artıb, əks istiqamətdə azalıb

İqtisadiyyat Materials 9 İyul 2025 19:19 (UTC +04:00)
Azərbaycandan Almaniyaya pul köçürmələri artıb, əks istiqamətdə azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan Almaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,891 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 174 min ABŞ dolları və ya 3,7% çoxdur. 2024-cü ilin birinci rübündə Azərbaycandan Almaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,717 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə Almaniyadan Azərbaycana 4,657 milyon ABŞ dolları həcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 738 min ABŞ dolları, yaxud da 13,7% azalıb. Ötən ilin ilk üç ayında bu məbləğ 5,395 min ABŞ dolları idi.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Almaniyanın payı 4,3%, xaricdən ölkəyə pul köçürmələrində Almaniyanın payı isə 2% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti