...

İsveç millisinin üzvü Premyer Liqa klubunda

İdman Materials 9 İyul 2025 20:56 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin "Lids Yunayted" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Premyer Liqaya yüksələn kollektiv "Lill"dən Qabriel Gudmundssonu transfer edib. "Lids Yunayted" isveçli sol cinah müdafiəçisi üçün Fransa klubuna 11 milyon avro təzminat ödəyəcək.

26 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti