...

56 mindən artıq müəllimin əməkhaqqı artırılıb - Nazir

Cəmiyyət Materials 10 İyul 2025 10:49 (UTC +04:00)
56 mindən artıq müəllimin əməkhaqqı artırılıb - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Təxminən 56 mindən artıq müəllimin əmək haqqı artırılıb.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

“İşdən azad edilmiş müəllimlərin yerinə yeni müəllimlər təyin edilmir, çünki həmin məktəblərdə müəllim sıxlığı mövcuddur. Hər bir müəllim bilməlidir ki, əgər məktəbdə, məsələn, 28 müəllim varsa, bu halda əməkhaqqı yüksək olmayacaq.

Dərs yükü daha yüksək bal toplamış müəllimlər arasında ədalətli şəkildə bölüşdürülməlidir", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti