...

Şüvəlanın bəzi küçələrində elektrik verilişində fasilə olacaq

Cəmiyyət Materials 10 İyul 2025 07:00 (UTC +04:00)
Şüvəlanın bəzi küçələrində elektrik verilişində fasilə olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi hissələrində 10 iyul tarixində elektrik naqilləri yenilənəcək.

"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək qəsəbənin Nizami və İlqar Muradov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti