...

Ötən il 31 852 nəfər ibtidai sinif üzrə sertifikasiyadan keçib - Emin Əmrullayev

Cəmiyyət Materials 10 İyul 2025 10:45 (UTC +04:00)
Ötən il 31 852 nəfər ibtidai sinif üzrə sertifikasiyadan keçib - Emin Əmrullayev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il 31 852 nəfər ibtidai sinif üzrə sertifikasiyadan keçib.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxış edərkən deyib.

“Ümumilikdə bu günə qədər 7 318 müəllim uğursuz nəticə göstərib. Biz başa düşürük ki, proses ağırdır, amma 30 suala cavab verməyən müəllimin məktəbdə tədris aparması düzgün deyil.

Sertifikatlaşıdırmada verilən suallar xüsusi çətin deyil. İstəyirik ki, mərhələli şəkildə müəllimlər standartlara cavab verən mütəxəssislər olsun”, - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti