...

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib, vəziyyəti ağırdır (YENİLƏNİB)

Hadisə Materials 10 İyul 2025 13:52 (UTC +04:00)
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib, vəziyyəti ağırdır (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə.Trend:

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib.

Bunu Trend-ə açıqlamasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahı Hafiz Əliyev deyib.

"Bu gün səhər saat 09:30 radələrində 1974-cü il təvəllüdlü şəxs (kişi cinsli) şəxs Tərtər rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

İlkin tibbi yardım aldıqdan sonra pasiyent daha ixtisaslı tibbi yardım almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib.

Xəstədə sol aşağı ətrafın travmatik amputasiyası qeyd edilirdi. Şəxsin üzərində cərrahi əməliyyat icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir".

xxx

09:47

Ağdərədə minaya düşən 46 yaşlı kişi Bərdəyə göndərilib.

Trend-in xəbərinə görə, yaralı Qulu Quliyevə Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib və qanaxma prosesi dayandırılıb.

Daha sonra sol ayağın topuq nahiyəsindən amputasiya olunması üçün Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Hazırda yaralı Q.Quliyev əməliyyata götürülüb.

Qeyd edək ki, Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib. 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti