...

ABŞ-də qızılca halları son 25 ilin rekordunu vurub

Dünya xəbərləri Materials 10 İyul 2025 05:54 (UTC +04:00)
ABŞ-də qızılca halları son 25 ilin rekordunu vurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də qızılca xəstəliyinə yoluxma hallarının sayı son 25 ildə rekord səviyyəyə çatıb.

Trend-in verdiyi məlumata görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) yayımladığı statistika göstərir ki, 2025-ci ildə ölkədə 1 288 nəfərdə qızılca aşkarlanıb. Bu, virusun 2000-ci ildə rəsmi olaraq məhv edildiyinin elan olunmasından sonra qeydə alınmış ən yüksək göstəricidir.

Yoluxma hallarının əksəriyyəti ölkənin cənub-qərb bölgəsində baş verib. Qeyd olunub ki, xəstələrin 92 faizi daha əvvəl qızılcaya qarşı peyvənd olunmayıb.

Qızılca hava-damcı yolu ilə yayılan və son dərəcə yoluxucu virus xəstəliyidir. Adətən uşaq xəstəliyi kimi tanınsa da, peyvənd olunmamış böyüklər də bu infeksiyaya yoluxa bilər. Qızılca otit, meningit, ensefalit kimi ağır fəsadlara səbəb ola bilər və bəzi hallarda ölümcül nəticələr doğura bilər.

Mütəxəssislər əhalini peyvənd olunmağa və şəxsi gigiyena qaydalarına ciddi əməl etməyə çağırırlar.

Xəbər lenti

Xəbər lenti