...

Texasda daşqın qurbanlarının sayı 119 nəfərə çatıb

Dünya xəbərləri Materials 10 İyul 2025 00:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Texas ştatında baş verən güclü daşqın nəticəsində həyatını itirənlərin sayı 119 nəfərə çatıb.

Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, Kerr dairəsində 95 nəfər, o cümlədən 36 uşaq ölüb. Dairənin şerifi Larri Leita bildirib ki, 150 nəfər, o cümlədən 5 uşaq və Qvadalupe çayı sahilində yerləşən Camp Mystic yay düşərgəsindən bir məsləhətçi hələ də itkin düşmüş hesab olunur.

Səlahiyyətli qurumlar su anbarında səviyyənin gözlənilmədən sürətlə qalxdığını və sinoptiklərin bu qədər intensiv yağıntını əvvəlcədən proqnozlaşdıra bilmədiyini bildiriblər. Bu səbəbdən əhali vaxtında təxliyə olunmayıb.

Hadisə ilə bağlı ABŞ Prezidenti Donald Tramp Texasda fövqəladə vəziyyət elan edib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti