...

OpenAI süni intellekt əsaslı veb-brauzerini təqdim etməyə yaxındır

Dünya xəbərləri Materials 10 İyul 2025 02:55 (UTC +04:00)
OpenAI süni intellekt əsaslı veb-brauzerini təqdim etməyə yaxındır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

OpenAI süni intellekt texnologiyası əsasında işləyən yeni veb-brauzerini istifadəyə verməyə hazırlaşır.

Trend-in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, şirkətin yeni məhsulunun təqdimatı yaxın həftələrdə gözlənilir.

Məlumata əsasən, OpenAI-nin hazırladığı brauzer istifadəçi fəaliyyətlərini sadələşdirəcək şəkildə dizayn edilib. İstifadəçilər bəzi sorğularını və əmrlərini birbaşa çat interfeysində – “ChatGPT”yə bənzər mühitdə – həyata keçirə biləcəklər, yəni bir çox əməliyyat üçün ayrıca veb-sayta keçidə ehtiyac qalmayacaq.

Yeni brauzer OpenAI-nin süni intellekti gündəlik istifadə sahələrinə daha da yaxınlaşdırmaq məqsədinin bir hissəsi kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti