Bakı. Trend:
AZCON Holding-in şirkətlərindən olan "Bakı Metropoliteni" QSC 2025-ci ilin ilk 6 ayında 111 milyondan çox sərnişinə xidmət göstərib.
Trend bu barədə QSC-ə istinadən xəbər verir.
Məlumata görə, ən çox sərnişin may ayında daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib.
Ötən yarımildə 9 milyon 822 min sərnişin daşıyan "Koroğlu" stansiyası TOP 10 siyahısına liderlik edib.