Bakı. Trend:
İşdən çıxarılan məktəb direktorlarının təxminən 20 faizi məhkəmə yolu ilə işinə geri qaytarılıb.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
E.Əmrullayev məktəblərdə qeydə alınan neqativ hallara da toxunaraq vurğulayıb ki, bütün bu məsələlər araşdırılır və qanunvericiliyə uyğun tədbirlər görülür.