...

"OpenAI" "Google Chrome"a rəqib olacaq süni intellektli brauzer təqdim etməyə hazırlaşır

Dünya xəbərləri Materials 10 İyul 2025 20:56 (UTC +04:00)
"OpenAI" "Google Chrome"a rəqib olacaq süni intellektli brauzer təqdim etməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“ChatGPT” süni-intellekt çat botunun yaradıcısı “OpenAI” şirkəti süni intellekt əsaslı yeni brauzerini təqdim etməyə hazırlaşır. Şirkəti iddia edir ki, onların brauzeri hazırda ən populyar brauzer olan “Google Chrome”-a meydan oxuyacaq.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, “OpenAI” yeni brauzeri süni intellekt modeli əsasında çoxsaylı funksiyalarla təchiz olunacaq ki, bu da informasiya axtarış prosesinin avtomatlaşdırılmasına imkan verəcək.

Buraxılış uğurlu olacağı təqdirdə, “OpenAI” yeni brauzeri “Chrome”un bazardakı mövqeyini zəiflədəcək və şirkətə əhəmiyyətli reklam gəliri qazandırmış olacaq.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Open AI “Google Chrome” brauzerinin alınmasına maraq göstərsə də, tərəflər razılığa gələ bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti