Laçın. Trend:
Laçında kənd sakini insana bənzər sümük fraqmentləri tapıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, rayonun Hoçaz kəndində yaşayan sakin təmir-tikinti işləri apararkən insana bənzər sümük qalıqları aşkarlayıb.
O, qazıntı işlərini saxlayaraq bu barədə aidiyyatı qurumlara məlumat verib.
Faktla bağlı araşdırma aparılır.