...

Ukrayna Avropa İttifaqından 2,3 milyard avro məbləğində dəstək alacaq

Dünya xəbərləri Materials 11 İyul 2025 00:21 (UTC +04:00)
Ukrayna Avropa İttifaqından 2,3 milyard avro məbləğində dəstək alacaq

Bakı. Trend:

Ukrayna "Ukraine Facility" Proqramı çərçivəsində Avropa Komissiyasından 2,3 milyard avro alacaq.

Trend-in məlumatına görə, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi "Telegram" kanalında yazıb.

"Romada “Ukraine Facility” investisiya aləti çərçivəsində 2,3 milyard avro dəyərində yeni sazişlər imzalanıb. Bu məbləğə 1,8 milyard avro məbləğində kredit zəmanətləri; 580 milyon avro məbləğində qrant və qarışıq maliyyələşdirmə daxildir", - deyə bildirilib.

Qeyd olunub ki, saziş çərçivəsində Kiyev öz iqtisadiyyatına 10 milyard avroya qədər əlavə investisiyalar da gözləyir.

"İmzalanma Ukrayna hökuməti, Avropa Komissiyası və aparıcı beynəlxalq maliyyə institutları arasında sıx əməkdaşlığın nəticəsi olub", - deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti