...

Azərbaycanlı şahmatçılar ilk görüşdə məğlub olub

İdman Materials 9 İyul 2025 23:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində qadınlar arasında keçirilən Dünya Kuboku davam edir.

Trend xəbər verir ki, bu gün 1/32 final mərhələsində Azərbaycan millisinin iki şahmatçısı – Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova lövhə arxasına keçiblər.

Qrossmeyster Ülviyyə Fətəliyeva Gürcüstan təmsilçisi Lela Cavaxişvili ilə, Gülnar Məmmədova isə FIDE bayrağı altında çıxış edən Polina Şuvalova ilə qarşılaşıb. Hər iki şahmatçımız ilk görüşdə məğlubiyyətlə üzləşib.

Qarşılaşmalar sabah keçiriləcək cavab oyunları ilə davam edəcək.

Qeyd edək ki, daha əvvəl Gövhər Beydullayeva və Xanım Balacayeva yarışın ilk mərhələsində mübarizəni dayandırıblar.

Xəbər lenti

Xəbər lenti