Şuşa. Trend:
Qarabağa səfər edən dünyanın 30 ölkəsindən gələn səyyahlar Füzulidən sonra Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərinə gəliblər.
Trend-in yerli müxbiri xəbər verir ki, onlar Şuşanın əsrarəngiz təbiəti, tarixi yerləri və burada həyata keçirilən quruculuq işləri ilə tanış olublar.
Səyyahların Şuşa şəhəri ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan mərkəzi meydanla başlayıb. Qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib.
İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Səyahətçilər qala divarları və Şuşa türməsi ilə tanış olublar. Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr edib, sonra Xankəndiyə yola düşüblər.
Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.
Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfə edib.
xxx
12:22
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. 15 ölkədən 30 nəfərdən ibarət səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir. Onlardan 9-u dünyanın bütün ölkələrində olub.
Trend-in yerli müxbiri xəbər verir ki, ilk dəfə Şuşa şəhərindən poçt vasitəsilə Avropa və Kanadaya məktub gedəcək.
Şuşa şəhərində səyyahlardan biri İrlandiyalı David Joseph Langan Şuşa şəhəri poçtundan İrlandiya və Kanadaya açıqca göndərəcək. Bundan başqa, Rhodora Burton Legaspi Nyu-Yorka məktub göndərəcək.
Bu tarixi bir hadisədir.
Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.
Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfə edib.
xxx
10:35
Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.
Trend-in yerli müxbiri xəbər verir ki, dünyanın 15 ölkəsindən olan səyyahlar Şuşanın əsrarəngiz təbiəti, tarixi məkanları və burada aparılan quruculuq işləri ilə tanış olacaqlar.
xxx
08:46
Bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində ilk olaraq Füzuliyə gəliblər.
Trend-in yerli müxbiri xəbər verir ki, səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Qonaqlara Ermənistanın işğal dövründə bu ərazilərdə törətdiyi dağıntılarla bağlı məlumat verilib.
Səyahətçilərə “Böyük qayıdış” dövlət proqramı, eləcə də bərpa
işlərinin gedişi barədə ətraflı məlumat verilib.
15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi,
amerikalı Charles Veley rəhbərlik edir.
Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır. Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfər edib.