...

ABŞ xarici məhsulların idxalına 15-20% həcmində ümumi rüsum tətbiq etməyi planlaşdırır

Dünya xəbərləri Materials 11 İyul 2025 04:43 (UTC +04:00)

Bakı. rend:

ABŞ prezidenti Donald Tramp heç bir xüsusi razılaşması olmayan əksər ticarət tərəfdaşlarına 15% və ya 20% ümumi tarif tətbiq etməyi planlaşdırdığını bildirib.

Trend-in məlumatına görə. bu barədə ABŞ prezidenti "NBC News" televiziya kanalına müsahibəsində deyib.

Telekaldan bildirilib ki, hazırda ümumi tarif 10% müəyyən edilib.

Eyni zamanda, prezident əlavə tariflərin fond bazarına mənfi təsir göstərə biləcəyi və ya inflyasiyanı stimullaşdıra biləcəyi ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışdı.

"Düşünürəm ki, tariflər çox yaxşı qarşılanıb. Birja bu gün yeni maksimuma çatıb", - Tramp bildirib.

Xəbər lenti

Xəbər lenti