...

Böyük Britaniya Ukraynaya "Thales" zenit raketlərini tədarük edəcək

Dünya xəbərləri Materials 11 İyul 2025 03:30 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya Ukraynaya 5 mindən çox “Thales” zenit raketlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Britaniya hökumətinin saytında bildirilib.

"Böyük Britaniya və Ukrayna "Thales" zenit-raketlərinin tədarükü ilə bağlı mühüm saziş imzalayıb ki, bu da Böyük Britaniyanın iqtisadi artımını sürətləndirəcək, iş yerləri yaradacaq və Ukraynaya mübarizəni davam etdirməyə imkan verəcək", - deyə qeyd olunub.

Bildirilib ki, 2,5 milyard funt-sterlinq zəmanət və 19 illik maliyyələşdirmə ilə vəsaitlər artıq mövcuddur.

Xəbər lenti

Xəbər lenti