...

"Tottenhem" Mohammed Kudusu transfer edib

İdman Materials 11 İyul 2025 05:54 (UTC +04:00)
"Tottenhem" Mohammed Kudusu transfer edib

Bakı. Trend:

"Tottenhem" Mohammed Kudusun transferini rəsmən elan edib.

Trend-in məlumatına görə, London təmsilçisi bununla bağlı rəsmi açıqlama yayıb.

"Tottenhem" 24 yaşlı qanalı yarımmüdafiəçi üçün "Vest Hem" klubuna 55 milyon avro təzminat ödəyib. Kudusla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. O, yeni klubunda 20 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Mohammed Kudus 2023-cü ildə "Ayaks"dan "Tottenhem"ə transfer olunmuşdu. O, 2024/2025 mövsümündə 35 oyunda meydana çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti