...

MDM-də yeni bank modulunun tətbiqi nəzərdə tutulur

İqtisadiyyat Materials 29 Aprel 2025 11:55 (UTC +04:00)
MDM-də yeni bank modulunun tətbiqi nəzərdə tutulur
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Depozit Mərkəzində (MDM) yeni bank modulunun tətbiqi nəzərdə tutulur.

Trend xəbər verir ki, bu sözləri Milli Depozit Mərkəzinin Strategiya şöbəsinin rəhbəri Əli Əliyev bu gün fəaliyyət göstərdiyi qurumun Unicapital investisiya şirkəti ilə birgə təşkil etdiyi "Depozitarın ekosistemdə rolu" mövzusunda keçirilən təlimdə deyib.

O bildirib ki, hazırda hesablaşma agenti olaraq banklar kapital bazarında hesablaşma funksiyasını yerinə yetirir: "Milli Depozit Mərkəzinin (MDM) yeni strategiyasına əsasən MDM-də yeni bank modulunun tətbiqi nəzərdə tutulur. Hesabıaşma agenti funksiyasının MDM tərəfindən icra olunması planlaşdırılır. Maliyyə xidmətləri hesablaşma agentliyi funksiyası ilə paralellik təşkil edərək orada bank modulunun tətbiqinə hədəflənib".

"Biz ticarət limitlərinin tənzimlənməsi ilə pul hesablaşmalarının aparılması ilə bazar iştirakçıları arasında çevikliyin və əməliyyatın sadələşdirilməsinin artırılmasına çalışırıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti